Unibank gənc sahibkarları dəstəklədi

unibank-genc-sahibkarlari-destekledi-
Oxunma sayı: 639


Unibank daha bir beynəlxalq tədbirə dəstək verib. Bakıda ilk dəfə keçirilən qlobal formatlı “Start-up Weekend” tədbirin məqsədi, bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində öz layihələrini tam formalaşdıraraq, işlək halda təqdim etməsi idi. Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanaraq sahibkarlar, start-up müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək start-up-larla münsiflər qarşısında təqdimatlar ediblər.
Qeyd edək ki, Start-up Weekend biznes dünyasında çox məhşur layihələrdəndir. 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilən bu formatlı tədbirlərə ümumi olaraq 100 000-dən artıq sahibkar cəlb edilib. Məqsəd sahibkarları maarifləndirmək və həvəsləndirmək, onlara start-up-ların yaradılmasında zəruri motivasiya və bilgiləri təqdim etməkdir.