UNİBANK-ın ödəniş terminallarından istifadə indi daha asan oldu

unibank-in-odenis-terminallarindan-istifade-indi-daha-asan-oldu
Oxunma sayı: 1076


Artıq yeni proqram təminatı ilə təhciz olunan Unibank cash-in-ləri, müştərilərin istifadəsi üçün daha rahat və geniş xidmət imkanlı oldu. Cash-in-lərdə tətbiq olunan proqram təminatının yeni versiyası əlavə xidmət imkanları yaratmaqla yanaşı, mövcud xidmətləri daha da sadələşdirib. Depozit, kredit,plastik kart, cari hesab və digər bank xidmətləri “Bank xidmətləri” bölümündə ümumiləşdirələrərək, müştərilər üçün daha asan edilib. “Şəxsi kabinet”ə daxil olan müştəri, Unibankdakı depozit hesabları, kredit ödənişləri haqda bütün məlumatları öyrənə bilr. Müştəri “Yığım” depozit hesabına vəsait qoymaqla yanaşı, artıq cari hesabına və kart hesabına da vəsait yatırmaq imkanı qazanır, kredit-depozit tarixcəsi haqda bütün məlumatları öyrənə biləcək. Cash-in-lərdən Unibanka kredit sifarişi də mümkündür. Proqram teminatinin yeni versiyası müştəriyə Uniforex hesabına pul köçürməyi mümkün edib.

Hal- hazırda Unibankın paytaxda və bölgələrdə quraşdırılan 70-ə yaxın Cash-in aparatı fəaliyyət göstərir. Filialların daxili ilə yanaşı, bir çox filiallarda bayırda da cash-in aparatları qoyulub ki, bu aparatların xidmətindən günün 24 saatı ərzində istifadə etmək mümkündür.

Unibank öz müştəriləri üçün kredit ödənişi zamanı çox geniş imkanlar yaradıb. Bankın 30-dan artıq filialı həftənin 6 günü səhər saat 9.00-dan 18.00-dək müştərilərinin üzünə açıqdır. Filiallalar nahar fasiləsiz işləyir. Unibank müştəriləri kreditlərini bank filiallarına gəlmədən ödəyə bilirlər. Bank öz müştərilərinə kredit ödənişlərini onlayn, mobil əlavələrin və eləcə də bankomatlar və cash-in aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.