Unibank istehlak və mikro kreditlərin faizini endirdi

Unibank istehlak və mikro kreditlərin faizini endirdi
Oxunma sayı: 592

Unibank müştəriləri üçün sərfəli kampaniya keçirir.

"Qafqazinfo" xəbər verir ki, fevralın 6-dək bankdan istehlak və yaxud mikro kredit götürənlər, əsas məbləğin ödənişinə 3 aydan sonra başlayacaqlar. İlk 3 ayda isə kreditin yalnız faiz məbləği ödəniləcək. Üstəlik kampaniya müddətində götürülən nağd və mikro kreditlərə 2% endirim ediləcək. Kart krediti götürənlərə isə ALBALI PLUS kredit kartı pulsuz veriləcək.

Unibank-dan krediti filiala gəlmədən də, Unibank Mobile vasitəsilə (http://app.unibank.az) onlayn sifariş edə bilərsiniz.

Müştərilərin tələbatını nəzərə alaraq, Unibank filialları şənbə günləri də əhaliyə xidmət göstərir. Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyənlər, həftə sonu bank filiallarına müraciət edə bilərlər. Bankın paytaxt və Abşeronda  “Əcəmi”, “Neftçilər”,  15 saylı, “Sumqayıt”, “Nərimanov”, “Bakıxanov”, “Xırdalan”, “İnşaatçılar”, “Mərdəkan”,  14  saylı (Beş mərtəbə), “Əhmədli” filialları,  regionlarda isə “Bərdə”, “Gəncə”, “Kəpəz”, “Mingəçevir”, “Tovuz”, “Quba” və  “Şəmkir” filialları şənbə günləri saat 10.00-dan  14.00-dək müştərilərin xidmətindədir. Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərir. Bankın bütün filialları isə həftənin 5 günü saat 09.00-dan 17.00-dək fəaliyyətdədir. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi