Unibank istiqrazlarının yerləşdirilməsi başa çatıb

unibank-istiqrazlarinin-yerlesdirilmesi-basa-catib-
Oxunma sayı: 656

“Qafqazinfo”nun məlumatına görə, 2013-cü ilin mayın 22-də “Unibank” ASC, ümumi məbləği 5 mln manat olan təmin olunmamış, faizli sənədsiz adlı istiqrazlarının emissiya prospekti dövlət qeydiyyata alınıb. Həmin istiqrazlar buraxılışdan ilk istiqrazının yerləşdirildiyi tarixdən etibarən 5 təqvim ili müddətində tədavüldə olacaq və illik faiz dərəcəsi 14 faiz olmaqla, istiqrazların tədavül müddəti ərzində hər 3 təqvim ayından bir faiz gəlirinin istiqraz sahiblərinə ödəməsini nəzərdə tutur.
Ümumi həcmi 5 milyon AZN olan «Unibank» ASC-nin istiqrazlarının buraxılışının anderrayteri “Unicapital” ASC vasitəsi ilə “PAŞA Bank” ASC –di. Yerləşdirmənin marketmeykeri rolunda “PAŞA Kapital” MMC-nin vasitəçiliyi ilə “PAŞA Bank” ASC çıxış edir. “PAŞA Bank” ASC gündəlik əsasda həmin istiqrazlar üzrə kotirovkaları təqdim edib onlar üzrə likvidliyi təmin edir ki, bu da istiqrazların potensial investorlar üçün cəlbediciliyini daha da artırır.