Unibank kapitalını artırdı

Unibank kapitalını artırdı
Oxunma sayı: 632

Bakı Fond Birjasında Unibank-ın hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 6 milyon 28 manat 96 qəpik məbləğində sənədsiz səhmlərinin yerləşdirilməsi başa çatıb. 

“Qafqazinfo” xəbər verir ki, Bakı Fond Birjasında Unibank tərəfindən faizli, sənədsiz adlı təmin edilməmiş ümumi nominal dəyəri 10 milyon dollar olan istiqrazın yerləşdirilməsi də yekunlaşıb. 

Səhmlərin və istiqrazların yerləşdirilməsi nəticəsində Unibank-ın nizamnamə kapitalı 6 milyon manat artaraq 126 milyon manat, prudensial qaydalara uyğun məcmu kapital isə 22 milyon manat artaraq 66 milyon manata çatıb.

Nizamnamə kapitalının artımı ilə səhmdarların pay bölgüsündə də dəyişikliklər olub. Kapitallaşmanın ikinci mərhələsindən sonra yerli fiziki şəxs olan səhmdarların payı 45,74%, beynəlxalq maliyyə institutları olan DEG – Almaniya İnvestisiya Şirkətinin payı 25,99%, Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) payı isə 18,49% təşkil edəcək.

Xatırladaq ki, bu il ərzində Unibank artıq ikinci dəfədir ki, kapitalını artırır. İyun ayında bankın nizamnamə kapitalı 49 milyon manat artırılmışdı.
Başa çatan yenidənkapitallaşma prosesi bankın gələcək uğurlu inkişafı üçün əlavə imkanlar yaradır.

Unibank 2015-ci il iqtisadi böhran və makroiqtisadi şokların neqativ nəticələrini səhmdarların dəstəyi ilə aradan qaldırmaqla, bütün itkiləri bərpa edərək, 2017-ci ili 2 milyon manat mənfəətlə başa vurub.

Bankın təsdiqlənmiş 3 illik strateji planına və maliyyə proqnozuna əsasən, Unibank  2018-ci ili 15 milyon manat mənfəətlə yekunlaşdırmağı planlaşdırır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi