Unibank kredit faizlərini kəskin aşağı salıb

unibank-kredit-faizlerini-keskin-asagi-salib
Oxunma sayı: 661

Unibank kredit faizlərini kəskin aşağı salıb. “Qafqazinfo”nun məlumatına görə, Bankın yeni aksiyası çərçivəsində, müştərilər 6% daha ucuz kredit əldə edə biləcəklər. 3-6 aylıq müddətə nağd kredit əldə edən yeni müştərilərə Unibankda 6% endirim tətbiq edilir. Bu kampaniya fevralın 28-dək qüvvədədir.
Unibankın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur. Artıq bankın kreditlərindən 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı faydalana biləcək.

Unibank müştəriləri üçün arayışsız kreditlərin həcmini də 5000 AZN (6200 USD)-dək artırdı. İş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə verilən arayışsız kreditləri, bankın bütün paytaxt və rayon filiallarında almaq mümkündür. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə
günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir. Bankın Bülbül pr. 10 ünvanında, “Sahil” metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az/) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı.