Unibank kreditlərini milli ön terminallarinda ödəyin

unibank-kreditlerini-milli-on-terminallarinda-odeyin-
Oxunma sayı: 684



Kredit ödənişi üçün müştəri Milli Ön terminalına mobil telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin PİN kodunu daxil edir və ekranda göstərilən siyahıdan ödəyəcəyi krediti seçərək, məbləği qəbulediciyə daxil edir. Ödə (və ya İrəli) düyməsini aktivləşdirdikdən sonra, müştəriyə ödəniş çeki təqdim olunur.
Unibank müştərilərə filiallara gəlmədən, istənilən Milli Ön ödəniş terminalında həmçinin kredit sifarişi edə bilər. Bunu üçün müştəri şəxsiyyət vəsiqəsinin PİN kodunu və əlaqə üçün mobil telefon nömrəsini daxil etməlidir. Bankın əməkdaşları təhlil aparır və nəticəyə uyğun olaraq istifadəçiyə ayrılacaq kredit məbləği və şərtləti barədə məlumat verilir.
Unibank öz müştəriləri üçün kredit sifarişini və ödənişini kifayət qədər asanlaşdırıb. Bank öz müştərilərinə bank filiallarına gəlmədən, kredit ödənişlərini onlayn, mobil əlavələrin köməyi ilə və eləcə də bankomatlar və cash-in aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb. Unibank müştəriləri elə evlərindən və ya iş yerlərindən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər. Ölkə bankları içərisində “Unibank” ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın ATM-də qeydiyyata daxil edərək, Unibankda olan kredit ödənişlərini həyata keçirə bilir. Bu imkan kredit sifarişi üçün də yaradılıb. “İnfoUnibank” mobil əlavəsinə malik iPhone və “Android” platformasında olan smartfon və planşet sahibləri də kredit ödənşini həyata keçirə bilərlər. Unibankın Cash-in aparatlarının köməyi ilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.