Unibank müştəriləri ƏDV-ni kartlarına qaytara biləcəklər

unibank-musterileri-edv-ni-kartlarina-qaytara-bilecekler
Oxunma sayı: 858

İndi Unibank müştərilərinin xaricdə etdikləri alış-veriş zamanı ödədikləri ƏDV birbaşa kartlarına geri qayıdacaq. 

"Qafqazinfo" xəbər verir ki, Unibank-ın Tax Free  xidmətinə qoşulması, bank müştərilərinin işini xeyli asanlaşdırıb. Unibank kartı olmasa belə,  Unibank-dan Tax Free  xidmətinə  qoşulan hər kəs, qısa müddətdə Avropa ölkələrində etdiyi alış- verişin ƏDV-ni çox asan yolla geri ala biləcək.

Tax Free xidməti nədir?

Tax Free xidməti Avropada aliş-veriş zamanı ƏDV-nin geri qaytarılmasının ən sadə yoludur. TaxFree4U 6 Avropa Birliyi ölkələrindən (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya) hər hansı birində alış-veriş edilən zamanı, növbəsiz, hec bir bəyannamə doldurmadan, xərclənən məbləğin 19%-ə  qədərinin geri qaytarılmasına xidmət edir.

ƏDV-ni bu qaydada geri almaq olur:

-Taxfree4U mobil əlavəsini AppStore və ya GooglePlay dən yükləyərək promo kodu kimi "UNİBANK" daxil edin;

Qeydiyyat saytı: https://play.google.com/store/apps/details?id=eu.taxfree4u.client

https://itunes.apple.com/app/taxfree4u/id1081482540?mt=8

-  Qəbzlərin şəkillərini çəkərək  və aydın görünən şəkilləri öz Taxfree4U profilinizə yükləyin;

-  Səfəriniz haqda məlumatı əlavə edin;

-  Bəyannamənizi yükləyin və cap edin. Taxfree4U bəyannamənizi sizin elektron poçt ünvanına və ya Taxfree4U mobil əlavəsinə göndərəcək və sizə məlumat veriləcək.

-  ƏDV bəyannaməsini gömrük zabitinə təqdim etməklə möhürlə təsdiqlədin. Bundan sonra onu hava limanındakı partnyora, yaxud da mənzil başına çatanda Taxfree4U kompaniyasına təqdim edin.

-  ƏDV sizin bank kartınıza geri qayıdacaq.

Xidmət haqqında daha ətraflı məlumatla https://taxfree4u.eu/ saytında tanış ola bilərsiniz. Qeyd edək ki, Taxfree4U - Avropa Birliyinin qeyr-rezidentləri üçün Avropada edilən alış-verişlər üzrə ƏDV-nin geri qaytarılmasını həyata keçirən ilk mobil xidmətdir.  Xidmət 2016-cı ildə yaradılıb və 6 AB ölkəsini əhatə edir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!