Unibank plastik kart istifadəçiləri üçün yeni kampaniya keçirir

Unibank plastik kart istifadəçiləri üçün yeni kampaniya keçirir
Oxunma sayı: 618

Heç indiyə kimi supermarketdə xərclədiyiniz pulun 5%-ni hesabınıza qaytaran bank kartınız olub?  Əgər siz bu alış-verişi Unibank-ın əmək haqqı kartı, eləcə də ALBALI PLUS kredit, ALBALI PLUS debet  və ya digər debet kartları ilə edirsinizsə, olacaq. Bu bankçılıq- supermarket əməkdaşlığı sahəsində bir yenilikdir.

İndi Unibank kartları ilə ARAZ supermarketlərində kampaniya müddətində xərclədiyiniz 100 AZN və daha çox vəsaitin 5%-i həcmində cashback qazanacaqsınız. Məsələn, siz kampaniya dövründə 30, 40 və 60 manatlıq olmaqla, 3 dəfə alış- veriş etmisinizsə, bu o deməkdir ki, 6,5 manat cashback qazanacaqsınız. Kampaniya 18-28 fevral tarixində davam edəcək.

Cashback bonusları qazanmaq üçün, ödənişlər mütləq qaydada Unibank pos-terminallarından edilməlidir. Daha ətraflı: http://albali.az/az/araz-marketlerde-5-cash-back-bonusu

Unibank-ın bütün əmək haqqı kartları və eləcə də ALBALI PLUS kredit və ALBALI PLUS debet kartlarında сashback xidməti mövcuddur. Unibank kartları ilə partnyor və qeyri-partnyor mağazalarda (http://www.unibank.az/az/private-clients/cashback/) alış-verişlər zamanı xərclənən vəsaitin 20%-dək hissəsini cashback qazanacaqsınız. Beləliklə, siz həm Unibank-ın partnyor mağazalarında olan endirimlərdən faydalanacaqsınız,  həm də xərclədiyiniz pulun bir hissəsini bank yenidən sizə hədiyyə edəcək.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə  Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi