Unibank və QDTİB: əməkdaşlığın yeni mərhələsi

unibank-ve-qdtib-emekdasligin-yeni-merhelesi-
Oxunma sayı: 641


Qeyd edək ki, QDTİB-nin "Unibank" ASC ilə əməkdaşlığı artıq 8 ildir ki, davam edir. Bu kredit xətti ilə Unibank özəl biznesin inkişafına dəstək tədbirləri çərçivəsində, Azərbaycan iqtisadiyyatında yeni iş yerlərin açılması və ortamüddətli maliyyələşdirmədə ehtiyacı olan kiçik və orta biznesin inkişafına birbaşa xidmət edəcək.
“Unibank” KB ASC 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranıb. 2003-cü ildə Bankın səhmdarları sırasına (15,15% payla) Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG şirkəti (8,33% payla) daxil olub. Azərbaycanın bank sektorunda ən uğurlu konsolidasiya nümunəsi olan Unibank, 20 ildən artıq fəaliyyəti dövründə nüfuzlu təşkilatlar tərəfindən biznesin uğurlu inkişafına və yüksək idarəetmə səviyyəsinə görə, müxtəlif mükafatlara layiq görülüb.
2012-ci ildəki uğurlu fəaliyyətinə görə, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Unibank” ASC-nin uzunmüddətli reytinqini yenidən “B” səviyyəsində təsdiqləyib. Beynəlxalq “Moody’s Investors Service” reytinq agentliyi də “Unibank”ın xarici və milli valyutada öhdəlikləri üzrə uzunmüddətli reytinqini “B2” səviyyəsində təsdiqləyib.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.