Unibank yeni ünvanda

unibank-yeni-unvanda-
Oxunma sayı: 3741

Müştərilərə xidmətin keyfiyyətini yüksəltmək və bank məhsulları və xidmətləri ilə daha yüksək səviyyədə təmin etmək üçün, Unibankın “Əcəmi” şöbəsi yeni ünvanda fəaliyyətə başlayıb. “Qafqazinfo”nun məlumatına görə, “Əcəmi” filialı, artıq Bakı şəhəri, Nəsimi rayony, Asif Məhərrəmov küçəsi 21B ünvanında yerləşir. Mövcud müştərilərinin rahatlığı üçün yeni filial binası əvvəlki ünvanın yaxınlığında (köhnə ünvanla üzbəüz, yolun qarşı tərəfi) seçilib.
Bankın yeni ünvana köçən xidmət nöqtəsi nağd istehlak kreditləri, avtokreditlər, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirir. Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə xüsusi diqqət verilir. Bundan başqa fərdi müştərilər üçün həmçinin kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.
Hazırda Mərkəz filial da daxil olmaqla, Unibank 29 filialla, ümumilikdə 100-ə yaxın xidmət nöqtəsi ilə müştərilərinə xidmət göstərir. Bankın filial şəbəkəsi Bakı, Gəncə, Şəki, Sumqayıt, Quba, Mingəçevir, Lənkəran, Xırdalan, Şəmkir, İsmayıllı və İmişlini əhatə edir.
Qeyd edək ki, bütün Unibank filiallarında 300 AZN-dən 5000 AZN-dək krediti 3-30 ay müddətinə rəsmiləşdirmək mümkündür. Qeydiyyata və iş stajına tələb yoxdu. Başqa banklara borcu olanlara da kredit verilir.
Bütün həftəni müştərilərinə yüksək xidmət etmək üçün Unibank filialları şənbə günləri də tam iş qrafiki ilə işləyir. Bankın Bülbül pr. 10 ünvanında, “Sahil” metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün isə 24 saatı fəaliyyətdədir.

Müştərilər öz korporativ (iş) elektron ünvanlarından [email protected] ünvanına məktub yazmaqla da, arzu etdikləri məbləğdə kreditii ala bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.