Unibanka əmanət qoy, avtomobil qazan

unibanka-emanet-qoy-avtomobil-qazan
Oxunma sayı: 1010


"Qafqazinfo" xəbər verir ki, bu kampaniya çərçivəsində mayın 20-dən avqustun 31-dək Unibankda depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.

Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/AVRO məbləğində əmanət qoyan və ya mövcud əmanətinin müddətini kampaniya ərzində ən azı l2 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndiriləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN qazanacaq. Bir qalib isə 2013-cü il istehsalı olan Chrysler 200 Touring 2.4 avtomobili qazanacaq.

Unibankda depozitlər maksimal 15.7%-lə və ən çoxu 36 aylıq müddətədir.

12 aylıq müddətə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlərin ayda bir dəfə götürüləcəyi halda 12%, fazilərin rübdə, yarım ildə bir dəfə alınması zamanı isə müvafiq olaraq 12,1 və 12,2 faiz hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə 12,5% hesablanır.

Kampaniya haqqında haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.