Unibankdan 30 mln. manata yaxın vəsait

unibankdan-30-mln-manata-yaxin-vesait-
Oxunma sayı: 992




Kampaniya dövründə depozit portfelinin artımı 28 milyon manatdan çox olub ki, bu da ümumi depozit portfelinin 9%-i deməkdir.  Fiziki şəxslər tərəfindən banka cəlb edilən vəsaitlərin hesabına  31 avqust 2013-cü il tarixə olan məlumata görə, Unibankın ümumi depozit portfeli 350 milyon manatı ötüb.Hesabat dövründə bankda depozit hesabı açan şəxslərin sayı isə 24% artıb. Hazırda Unibankda depozit hesabı olan müştərilərin sayı 12 mindən artıqdır.  

Xatırladaq ki, “Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!” adlı tirajlı stimullaşdırıcı lotereyasında mayın  20-dən  avqustun 31-dək  
ən azı 12 aylıq müddətə 100 AZN/USD/AVRO  məbləğində əmanət qoyan və ya mövcud əmanətinin müddətini kampaniya ərzində  ən azı l2 ay müddətinə artıran müştərilər iştirak edir. Hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndiriləcək.  
Lotereyanın uduş fondu sentyabrın 10-da Unibankın baş ofisində, R.Behbudov 55 ünvanında oynanılacaq və nəticələr 3 iş günü ərzində KİV-də elan ediləcək.Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN, bir qalib isə Chrysler avtomobili qazanacaq.

Kampaniya haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud  Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar. 

Unibank – hər kəsin bankı!