“Qafqazinfo”nun məlumatına görə, Unibank müştəriləri yay ayları ərzində bankın müxtəlif peşə sahibləri üçün endirimli kredit məhsullarından faydalandılar. Biz hamını bu fürsətdən faydalanmağa çağırırıq. Axı, yayın bitməsinə az qalıb. Bütün peşə sahibləri Unibankdan 3% endirimlə kredit ala bilirlər. Kreditin maksimal məbləği 7500 manatadək artırılıb, müddət isə 48 ayadək uzadılıb. Üstəlik, Unibankdan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir. Qeyd edək ki, Unibank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddi 70-dir. Unibankdan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar fasiləsiz işləyir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.