Unibankın Call-Center-i indi saat 22.00-dək işləyir

unibankin-call-center-i-indi-saat-2200-dek-isleyir
Oxunma sayı: 1013


Sadəcə, 117 xidmətini yığırsınız, nə qədər sualınız varsa, Unibankın müştəri xidmətlərinin telefonun o başında, sizi dinləyən əməkdaşına ünvanlayırsınız : cari hesabınıza pul oturubmu, siz nə qədər kredit götürə bilərsiniz, hansı depozit növünə vəsait qoymaq istəyirsiniz, hansı pulköçürmə xidmətindən istifadə etmək istəyirsiniz və s. Bunun üçün kifayət qədər vaxtınız da var. Çünki, artıq Unibankın 117 məlumat mərkəzi xidmət saatlarını artırıb. İndi bankın müştəri xidməti həftənin 6 günü, səhər saat 09.00-dan axşam 22.00-dək xidmət göstərir. Unibank müştəriləri günün istənilən vaxtı, ölkənin bütün ərazisindən 117 nömrəsinə zəng edərək, bankın xidmət və məhsulları haqda məlumat ala bilirlər.

Unibank hazırda 35 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı.