Unibankın Mərdəkan filialı açıldı

unibankin-merdekan-filiali-acildi-
Oxunma sayı: 4026

Unibankın fəaliyyətə başlayan Mərdəkan filialı, yaxınlıqda yerləşən paytaxt kəndlərinin sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. “Qafqazinfo”nun məlumatına görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, 100 ünvanında yerləşən “Mərdəkan” filialı, nağd istehlak kreditləri, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirəcək. Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə xüsusi diqqət verilir. Bundan başqa fərdi müştərilər üçün həmçinin kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Unibankın mayın 15-dək davam edən “ Yaşlı olmaq sərfəlidir” aksiyası çərçivəsində, yaşlı insanlara daha güzəştli şərtlərlə - 3,5 % endirimlə kredit verilir. Aksiyanın şərtlərindən 50 yaşdan 70 yaşadək, gəliri olan hər bir Azərbaycan vətəndaşı iş yerindən arayış və ya təqaüd haqqında arayış təqdim etmədən 5000 manatadək nağd kreditdən faydalana bilər. Bu aksiyadan digər banklara borcu olan və ya indiyədək adına kredit olmayan vətəndaşlar da faydalana bilər.

Unibank-da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya da davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5000 manatadək kredit ala bilər. Bu kampaniya çərivəsində hər kəs 3-6 ay müddətinə 6 % endirimlə kredit götürə bilər. Unibankın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur. Bank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Başqa banklara borcu olanlara da kredit verilir.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından (korporativ və ya şəxsi) [email protected] -a göndərməlidirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.