UNİCEF-dən dünya liderlərinə çantalı çağırış - Foto

unicef-den-dunya-liderlerine-cantali-cagiris
Oxunma sayı: 1398

UNİCEF dünya liderlərinə çağırış edib.

“Qafqazinfo” xəbər verir ki, BMT-nin Uşaqlara Yardım Fondu ötən il müharibələrdə ölən uşaqları təmsil edən 3 min 758 ədəd məktəbli çantası ilə “qəbiristanlıq” hazırlayıb. Bu “qəbirlər” BMT Baş Assambleyasının həyətində salınıb. Çantaların sayı ötən il ölən uşaqların sayına bərabərdir. Bununla da UNİCEF dünya ldierlərinə “uşaqları qoruyaq” çağırışı edib.

Qeyd edək ki, ötən il müharibələrdə və daxili iğtişaşlarda 12 mindən çox uşaq yaralanıb və əlil olub.