Uniforex növbəti seminarını ADİU-da keçirib

uniforex-novbeti-seminarini-adiu-da-kecirib
Oxunma sayı: 636

Unibankdan “Qafqazinfo”ya verilən məlumata görə, seminarda “Forex - Maliyyə bazarı” haqqında, Uniforex Trading Station MT4 platforması ilə tanışlıq və digər ətraflı məlumatlar verilib.
Qeyd edək ki, bu seminar Uniforex-in təqdimatında ilk deyil, öncəki seminarlar Bakı Dövlət Universitetində və ölkənin digər ali təhsil mərkəzlərində keçirilib.

“Uniforex” öz müştərilərinin maliyyə bazarlarına çıxışını təmin edir və gəlir əldə etmələri istiqamətində fəaliyət göstərir. Azərbaycan forex məkanında ilk dəfə olaraq “Uniforex” müştərilərə 24/7 xidmətini təqdim edir.Bundan başqa, bonus kampaniyasına əsasən, hər bir yeni müştərinin real forex hesablarına bonuslar hədiyyə olunur. “Uniforex” öz müştəriləri üçün Unibankın baş ofisində yerləşən Unitreninq-də ödənişsiz seminar və treyninqlər də təşkil edir.

Nigar Məmmədli