Uniforexin “Best Trader-2” müsabiqəsi sona çatdı

uniforexin-best-trader-2-musabiqesi-sona-catdi
Oxunma sayı: 639

Qaydalara uyğun olaraq, 3 ən yüksək demo hesab üzrə balansın sahibləri müsabiqənin qalibləri elan olunublar. 1-ci yeri Namazova Nigar, 2-ci yeri Salmanov Elvin, 3-cü yeri isə Qasımov Rəşad qazanıb. Qaliblər Unibank tərəfindən balansı 1900 USD olan real hesabları ilə yanaşı, plastik kartlarla və digər hədiyyələrlə mükafatlandırılıblar.

Unibank-ın xidməti olan UNİFOREX bu gün treyderlərə 24/7 internet banking xidmətini, plastik kartlar ilə əməliyyatlar, bonus kampaniyaları, ödənişsiz fərdi və qrup şəklində seminarlar təklif edir. UNİFOREX öz müştərilərinin maliyyə bazarlarına çıxışını təmin edir və gəlir əldə etmələri istiqamətində fəaliyət göstərir. UNİFOREX-lə real hesab açmaq üçün Unibankın istənilən filialına yaxınlaşmaq kifayətdir. Uniforex müştəriləri üçün Unibankın baş ofisində yerləşən Unitreninq-də ödənişsiz seminar və treyninqlər də təşkil edir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və www.uniforex.az saytından öyrənə bilərsiniz. Suallarınızı isə [email protected] – müştəri xidmətlərinə ünvanlaya bilərsiniz.