Univermaq qəzalı vəziyyətə düşdü

univermaq-qezali-veziyyete-dusdu
Oxunma sayı: 1167

Kürdəmir rayonu Heydər Əliyev prospektində köhnə univermaq qəzalı vəziyyətə düşüb. “Qafqazinfo”ya bu barədə məlumatı rayon sakini Tahirə Babayeva verib. O bildirib ki, dünən 22:00 radələrində univermağın yuxarı mərtəbəsi uçaraq qəza vəziyyəti yaradıb:

“Univermağın yanında yanacaqdoldurma məntəqəsi və yaşayış massivi var. Biz sakinlər olaraq yaranmış vəziyyətdən narahatıq.

Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət olunub. Ancaq hələ də baxan, tədbir görən olmayıb. Yaranmış çatlar get-gedə böyüyür. Artıq darvazamız da əyilir, çünki univermağa bitişikdir. Bina aşsa, evlərimiz və yanacaqdoldurma məntəqəsinə nəsə olacaq.

“Qafqazinfo” məsələylə bağlı FHN-in Mətbuat Xidmətinin rəhbəri Yəhya Babanlı ilə əlaqə saxlayıb. O bildirib ki, məsələ araşdırılacaq və problemin qısa zamanda həlli üçün müvafiq işlər görüləcək.  

Günel Hacı