Universitet seçimində tərəddüd edənlər üçün

universitet-seciminde-tereddud-edenler-ucun
Oxunma sayı: 1405

 Ali məktəblərə keçirilən qəbul imtahanı mərhələsi öz yerini ixtisas və universitet seçiminə verir. İmtahanlarda keçid balını toplamış abituriyentlər iyulun 29-dan avqustun 10-na qədər seçim edəcəklər. Bundan təqribən iki-üç gün sonra isə kimin hansı ali təhsil müəssisəsinə qəbul olunduğu məlum olacaq.

“Qafqazinfo” Qərb Universiteti ilə bağlı məlumatları diqqətə çatdırır:

Yeni ixtisaslar

Ölkənin aparıcı təhsil ocaqlarından olan Qərb Universitetində yeni dövrün tələblərini nəzərə alınaraq 20-yə yaxın yeni ixtisas açılıb. 

Növbəti tədris ili üçün “İstehlak mallarının ekspertizası və marketinqi”, “Meşəçilik”, “Yer quruluşu”, “Torpaq və şəhər kadastrı”, “Memarlıq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Mühasibat uçotu və audit”, “Sənayenin təşkili və idarə olunması”, “Tarix”, “Fəlsəfə” ixtisasları üzrə qəbul aparılacaq.
Universitetdə mühəndislik istiqaməti üzrə də yeni ixtisaslara qəbul elan edilib. Belə ki, növbəti tədris ilindən etibarən “Mexanika mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi”, “Cihazqayırma mühəndisliyi”, “Elektronika, telekomunikasiya və radiotexnika mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Poliqrafiya mühəndisliyi”, “Sistem mühəndisliyi” və s. ixtisaslaşmalar üzrə də tədris aparılacaq.
Əsasən yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsinə aid olan bu ixtisaslar, eləcə də universitetin qəbul aparıdığı bütün ixtisasların siyahısı ilə bu linkdə tanış ola bilərsiniz:

http://wu.edu.az/az/akprog/undergraduate/undcourses/

Münasib qiymət siyasəti

Yeni kompleks və binaların istifadəyə veriləcəyi, eləcə də yeni ixtisasların açılması ilə əlaqədar olaraq tələbə sayının ciddi şəkildə artacağını nəzərə alaraq universitet illik təhsil haqlarını aşağı sala bilib. Bundan əlavə, universitet yüksək bal toplamış tələbələrin təhsil haqlarında güzəştlər tətbiq edir, təhsil müddətində fərqlənən tələbələrə təqaüdlər ayırır. 

Təhsil haqlarının aşağı salınmasında məqsəd keyfiyyətli təhsili gənclər üçün daha əlçatan etməkdir.

Təhsil haqları 1400-2400 AZN arasında dəyişir.

Beynəlxalq əlaqələr

Qərb Universiteti ABŞ və Avropanın aparıcı universitetləri ilə ayrı-ayrı proqramlar çərçivəsində əməkdaşlıq edir, tələbə və müəllim mübadiləsi həyata keçirilir, nüfuzlu təhsil ocaqlarının mütəxəssisləri mühazirələr üçün universitetə dəvət olunur. Universitetin beynəlxalq əməkdaşlıq şəbəkəsi dünyanın 200-dən artıq təhsil müəssisəsini əhatə edir.
Eyni zamanda Avropanın bir sıra ölkələrində yay məktəbləri, müxtəlif kurslar və qısamüddətli proqramlar təşkil olunur ki, bütün bunlar da tələbələrə xarici dilləri daha yaxşı səviyyədə mənimsəmək, dünya görüşlərini artırmaq baxımından yeni imkanlar açır.

4 ilə 2 diplom
Qərb Universiteti Avropanın nüfuzlu universitetləri ilə birgə həyata keçirdiyi tərəfdaşlıq layihələri çərçivəsində ikili diplomlar da təqdim edir. Belə ki, Universitet Böyük Britaniyanın “Koventri”, bu ölkənin Sinqapurda yerləşən “London Biznes və Maliyyə Məktəbi”, İsveçrədə yerləşən Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) (MBA proqramı çərçivəsində), Çexiyanın “Newton College” Universitetilə birlikdə ikili diplom layihələrini həyata keçirir. Yəni tələbə təhsilin bir hissəsini Qərb Universitetində, bir hissəsini isə tərəfdaş universitetdə almaqla bir təhsil müddətinin sonunda iki diplom əldə edir.

Müasir laboratoriyalar

Universitetdə bütün region üçün unikal hesab edilə biləcək laboratoriyalar qurulur. Xüsusilə mühəndislik istiqamətləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyalar formalaşdırılıb və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Mexatronika və robototexnika mühəndisliyi, maşınqayırma, həmçinin meşəçilik, ağac emalının texnologiyası ixtisasları üzrə də laboratoriyalar təşkil edilib. Ağac emalı ilə bağlı istifadə olunacaq qurğular ölkədə ilk dəfə Qərb Universitetində tətbiq olunacaq.
Universitetdə daha bir unikal laboratoriya - genetik analizlərin aparılmasına imkan verən laboratoriya da qurulmaqdadır. Ekologiya mühəndisliyi sahəsi üzrə qurulmaqda olan laboratoriyanı da xüsusilə vurğulamaq olar. Burada aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.

Tələbə imtahan formasını özü seçir, kəsirlərə görə ödənişlər isə ləğv edilib

Bu universitetdə təhsil alan tələbələr imtahan modelini özü müəyyən edir. Dəyişikliyə əsasən tələbələr semestr boyu keçdikləri fənlər üzrə, müvafiq kursun formatına uyğun olaraq təklif olunan imtahan modellərindən birini seçərək imtahan vermək şansı əldə edirlər. Mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modellərinə “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar daxildir. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsəməyə imkan verir.
Başqa bir mühüm dəyişikliyə əsasən tələbələrin biliklərinin qiymətləndirilməsində Qərb Universiteti daha bir yeniliyə imza atıb. Belə ki, hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.

150 bal toplamış abituriyentlərin də şansı var

150 bal toplamış və Qərb Universitetində təhsil almaq arzusunda olan abituriyentlər üçün də şad xəbər var. Belə ki, 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulmuşdur. Qərb Universitetində 6 ixtisas üzrə 150 bal müsabiqədə iştirak balı kimi qəbul olunub.

Bu ixtisaslar aşağıdakılardır:
* Meşəçilik
* Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
* İstehlak mallarının ekspertizası və marketinqi
* Poliqrafiya mühəndisliyi
* Regionşünaslıq (regionlar üzrə)
* Turizm və otelçilik
Bu ixtisasların illik təhsil haqları və geniş xarakteristikası ilə aşağıdakı linkdən keçid edərək məlumat əldə edə ilərsiniz: http://wu.edu.az/az/akprog/undergraduate/undcourses/