Universitetdə AXC-nin yubileyi qeyd olundu

universitetde-axc-nin-yubileyi-qeyd-olundu
Oxunma sayı: 742

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Şərqdə ilk Demokratik Respublikadır” mövzusunda tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, tarixçi-tədqiqatçı alim Firdovsiyyə Əhmədova, millət vəkili Aydın Mirzəzadə, Səs media qrupun baş direktoru Bəhruz Quliyev, YAP siyasi şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, eləcə də universitetin professor-müəllim heyəti və tələblər iştirak edib.

M.Babanlı AXC-nin yaranması tarixi və bu hadisənin ölkəmizin sonrakı inkişafına verdiyi töhfələrdən bəhs edib. Rektor məhz AXC dövründə  bir çox ilklərə imza atıldığını və müstəqil Azərbaycanın hüquqi dövlət kimi AXC-nin varisi olduğunu deyib. 

Firdovsiyyə Əhmədova öz çıxışında Azərbaycan xalqının şanlı tarixinin ən parlaq səhifəsi olan AXC-nin yaranmasından və o dövrün siyasi vəziyyətindən danışıb. 

Millət vəkili Aydın Mirzəzadə də öz çıxışında texniki bir ali təhsil ocağında Cümhuriyyətin 100 illiyinin qeyd olunmasının xüsusilə əlamətdar olduğunu deyib. Azərbaycan xalqının XX əsrdə yenidən müstəqillik qazanmasını onun tarixən müstəqil təfəkkürə malik olması ilə əlaqələndirən millət vəkili 23 ay mövcud olmasına baxmayaraq AXC-nin Azərbaycan xalqının müstəqil dövlət yaratmağa qadir olduğunu bütün dünyaya nümayiş etdirdiyni vurğulayıb.