Universitetdə elmi təcrübə zamanı partlayış - Yaralılar var

universitetde-elmi-tecrube-zamani-partlayis
Oxunma sayı: 3702

Braziliyanın Rio-de-Janeyro şəhərində federal universitetdə elmi təcrübə zamanı partlayış baş verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, 3 nəfər yaralanıb. Onlardan biri tələbə, ikisi texnikdir.

Hadisə Metallurgiya kafedrasının laboratoriyasında baş verib. Universitetə yanğınsöndürənlər və təcili yardım cəlb olunub.