Universitetdə jurnalistika təlimi keçirilib

Universitetdə jurnalistika təlimi keçirilib
Oxunma sayı: 440

BDU-nun Jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinin növbəti təlimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli layihə rəhbərlərinə təşəkkürünü bildirib və “Beynəlxalq jurnalist təşkilatları və onların fəaliyyət dairələri” mövzusunda məruzə ilə çıxış edib. M.Ələsgərli qeyd edib ki, beynəlxalq münasibətlər sistemində çoxtərəfli siyasət yürüdən Azərbaycanın əsas hədəflərindən biri ölkə haqqında informasiya blokadasını yaratmaq, dövrün həqiqətlərini beynəlxalq arenanın diqqətinə çatdırmaqdır.

Disskusiya şəklində davam edən görüşdə JuHİ sədri beynəlxalq jurnalistika anlayışının mahiyyəti, xarici media sistemləri, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi kimi mövzulardan söz açıb. 

Təlim iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi