Təbələlər arasında kütləvi dava - Bıçaqlanan var

Təbələlər arasında kütləvi dava
Oxunma sayı: 2179

Gəncə şəhərində tələbə bıçaqlanıb.
 
"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin  tələbəsi naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Universitetin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb.
 
Tələbənin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.

***

Azərbaycan Texnologiya Universiteti tələbənin bıçaqlanması ilə bağlı məsələyə aydınlıq gətirib. 

Ali təhsil müəssisənin mətbuat katibi Rasim Əliyev Report-a bildirib ki, hadisə universitetin ərazisindən kənarda dərs vaxtı bitdikdən sonra baş verib. 

O, həmin şəxsin ali məktəbin tələbəsi olduğunu təsdiqləyərək, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi