Universitetdə partlayış – 80 ölü

universitetde-partlayis-80-olu
Oxunma sayı: 639

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Suriyanın “SANA” dövlət telekanalının yaydığı məlumatda bildirilir ki, üsyançılar universitetin binasına 2 reaktiv mərmi atıblar. Suriya televiziyasının yaydığı kadrlarda partlayış nəticəsində binanın üç aşağı mərtəbəsində divarların uçduğu əks olunub.

Müxalifətçilər, öz növbəsində qeyd edirlər ki, universitet hökumətin Hərbi-Hava qüvvələrinin zərbəsinə məruz qalıb. Onlar iddia edir ki, döyüş təyyarələri təhsil müəssisəsinə iki bomba atıblar.

Xatırladaq ki, bundan əvvəl partlayış nəticəsində 15 nəfərin öldüyü bildirilirdi.