Universitetdə tədbir keçirilib

universitetde-tedbir-kecirilib
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, Odlar Yurdu Universitetinin rektoru, millət vəkili, professor Əhməd Vəliyev salamlama nitqi ilə çıxış edərək, bu konfransın ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təşkil olunduğunu qeyd edib. Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva isə öz çıxışında “bir millət, iki dövlət” kəlamının müəllifi Heydər Əliyevin doğum günü ərəfəsində belə bir konfransın təşkilatçısı və iştirakçısı olmaqdan qürur duyduğunu bildirib.

Professor Nurullah Gənc öz şəxsi həyatından, Türkiyə cəmiyyətindən, elm və sənətin məziyyətlərindən, elmin irfana dönüşməsindən, elm və sənətin həyata tətbiqindən ətraflı danışıb. Azərbaycana səfərə gəlməsindən çox məmnun olduğunu bir daha qeyd edən professor mənsub olduğu ailənin də əslən Azərbaycan, Gəncə kökənli olduğunu bildirib.

Sonda Q.Paşayeva Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi adından ona plaket təqdim edib.