Universitetdə Wi-Fi sistemi quraşdırıldı

universitetde-wi-fi-sistemi-qurasdirildi
Oxunma sayı: 656

IREX-Azərbaycan Nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 1-də, saat 11-də ATU-nun kitabxana zalında layihənin təqdimatı keçiriləcək.

Təqdimatda universitetin müəllim-tələbə heyəti ilə yanaşı IREX-Azərbaycan təşkilatının “Azərbaycanda Yeni Media” layihəsinin rəhbəri Angela Nicoara, USAID-in missiya rəhbəri Michael Greene, ATU-nun rektoru Havar Məmmədov və digər şəxslər iştirak edəcək.

Qeyd edək ki, Wi-Fi sistemi Azərbaycan Texnini Universitetinin üç məntəqəsində - tələbələrin kitabxanasında, müəllimlərin kitabxanasında və tələbə yeməkxanasında quraşdırılıb. 8 MB/s sürətli internetdən hər məntəqəyə eyni vaxtda orta hesabla 200 istifadəçi qoşula bilər.

Azərbaycan Texniki Universitetinə qədər IREX-Azərbaycan təşkilatı USAID-in maliyyə dəstəyi ilə Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Sumqayıt Dövlət Universitetində də Wi-Fi sistemi quraşdırıb.

Nigar