Universitetdən tələbələrə jest

universitetden-telebelere-jest
Oxunma sayı: 1589

Azərbaycan Kooperasiya Universiteti ölkənin ali təhsil müəssisələrindən Azərbaycan Kooperasiya Universitetinə köçürülən tələbələrə təhsil aldıqları ixtisas üzrə illik təhsil haqqına 20% güzəşt tətbiq edəcək. 

Ali məktəbin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, eyni zamanda köçürülən tələbələr üçün illik təhsil haqqının il ərzində mərhələli şəkildə, yəni hissə-hissə ödənilməsinə zəmanət veriləcək. Qeyd edək ki, Kooperasiya Universitetində 19 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir ki, bu ixtisaslara da ölkənin digər ali təhsil müəssisələrindən 22 avqust 2017-ci iltarixinədək transfer.edu.az saytı vasitəsilə köçürülmə üçün elektron müraciət etmək olar.