Universitetə imtahansız qəbul olanların siyahısı açqılandı

universitete-imtahansiz-qebul-olanlarin-siyahisi-acqilandi
Oxunma sayı: 667

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə günü Trend-ə deyib ki, bu il Azərbaycanda 90 nəfər ali məktəblərə müsabiqədənkənar qəbul olub. Onların 87-si ali məktəbə IV ixtisas qrupunun bədən tərbiyəsi istiqaməti üzrə daxil olub.
Qalan 3 abituriyent isə III ixtisas qrupu üzrə ali məktəbə qəbul olub. Onlar ali məktəblərdə musiqi və incəsənət ixtisasları üzrə təhsil alacaqlar.

"Təhsil haqqında" qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.