Universitetin “Mühəndislik” fakültəsində sürücülük kursları

Universitetin “Mühəndislik” fakültəsində sürücülük kursları
Oxunma sayı: 44


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühəndislik” fakültəsinin nəzdində “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kursları təşkil edilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, həmin kursları müvəffəqiyyətlə bitirmiş tələbələrə test üsulu ilə imtahanların qəbulu təşkil olunub. 

İmtahanların qısa müddətdə və şəffaf qəbul edilməsi məqsədilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu Gəncə şəhərinə ezam edilib.

İmtahanda iştirak edən 70 tələbədən 58 nəfəri proqrama uyğun olaraq sualları müsbət cavablandırıb və nəticədə hər biri traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə etmək üçün sürücülük vəsiqəsi ilə təmin edilib. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi