Ünvanlı sosial yardım üçün müraciətlərin online qəbul edilməsinə başlanılıb

unvanli-sosial-yardim-ucun-muracietlerin-online-qebul-edilmesine-baslanilib
Oxunma sayı: 680

Bununla əlaqədar keçirilən təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, Nazirlik yanında İctimai Şuranın üzvləri, Balakən rayon İcra Hakimiyyətinin və rayon üzrə bələdiyyələrin nümayəndələri iştirak ediblər. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların mobil telefon nömrəsinə və elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatların göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, 3 ay müddətində Ünvanlı sosial yardım üçün poçtla və elektron müraciətləri təcrübədən keçirilməsi, həmçinin ƏSMM-lərdə məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və şəffaflığın tam təmin edilməsi məqsədilə işçilərin yeni vəzifə bölgülərinin işlənməsi nəzərdə tutulur.

Nigar Məmmədli