Uqo Çavesin naziri narkoticarətdə ittiham olunur

uqo-cavesin-naziri-narkoticaretde-ittiham-olunur
Oxunma sayı: 650

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, prezident Uqo Çavesin təyin etdiyi yeni müdafiə naziri general Henri Ranxel Silvanın narkotik dövriyyəsində iştirakı ilə bağlı iddianı ABŞ hökuməti irəli sürüb. General isə bütün ittihamları rədd edib.
Qeyd edək ki, 2010-cu ildə müsahibələrindən birində Ranxel Çavesə olan sədaqətini bəyan edərək Venesuela ordusunun 2012-ci ilin prezident seçkilərində müxalifətin qələbəsini qəbul etməyəcəyini bildirmişdi. Venesuela müxalifəti generalın şərhini və yeni təyinatını ordu dairələrinin radiallaşması kimi dəyərləndirmişdi.
Prezident Çaves daha əvvəl də ABŞ-ın onun hökumətinin narkotiklərin qanunsuz dövriyyəsinə göz yumması ilə bağlı ittihamlarını dəfələrlə rədd edib.
Səidə