Uqo Çavesin təvazökarlığı

uqo-cavesin-tevazokarligi
Oxunma sayı: 645

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, prezident Venesuela şəhəri olan Koroda onun Kuba lideri Fidel Kastro ilə yanaşı ucaldılan büstünə münasibət bildirərək, ona abidə ucaldılmasından xoşlanmadığını deyib: “Mən bildiyim qədər Fidelin də bu xoşuna gəlmir”.

Liderin fikrincə, onun yerinə Venesuelanı İspaniya kolonistlərindən xilas edən Simon Bolivar və ispan ordusuna qarşı döyüşlərdə həlak olan Kuba inqilabçısı Xose Martiyə abidə qoyulması daha yaxşı olardı: “Məni ürəklərinizdə qorusanız bu mənə yetəcək”.

Səidə