“Uranı öz planetinə göndərək” dedi, özü “Maşın”dan oldu - Video

urani-oz-planetine-gonderek-dedi-ozu-masindan-oldu
Oxunma sayı: 7862

ATV-də yayımlanan “Maşın” realiti-şousunun üçüncü günündə səsverməyə reper Uran çıxıb.

“Qafqazinfo” xəbər verir ki, reper açıq oyun oynadığını bildirərək hədəfinin aparıcı Azər Axşam olduğunu açıqlayıb.

“Azər Axşam şouda ən xarizmatik və güclü iştirakçı olduğundan bu qərara gəlmişəm”, - deyə Uran söyləyib.

Aparıcı isə sevənlərinə üz tutaraq “Mənə səs verin ki, Uranı öz planetinə göndərək” deyib.

Səsvermə nəticəsində 73,73 faiz səs toplayan reper sözünə əməl edərək Azər Axşamı oyundan kənarlaşdırıb.