Ürəyə kömək lazım olanda - Türkiyədə kardiologiya

ureye-komek-lazim-olanda
Oxunma sayı: 1427

O dayanmadan işləyərək illərlə həyəcan və stressimizə qarşı müqavimət göstərməyə çalışır və yorulur.

"Qafqazinfo" xəbər verir ki, günümüzdə ürək problemindən ölənlərin sayı xərçəng və QİÇS-dən ölənlərin cəmindən daha çoxdur. Statistika kədərli olsa da ümidsiz deyil. Dünyanın aparıcı kardioloqları əmin edir ki, qida rasionu, fiziki fəaliyyət və zərərli vərdişlərə yenidən göz gəzdirməklə ürək-damar xəstəlikləri riskini xeyli azaltmaq olar.

Əgər siz daha çox yorulduğunuzu hiss edirsinizsə, təngənəfəs olursunuzsa, öskürək və şişkinlik sizdə narahatlıq yaradırsa, deməli söhbət ürək çatışmazlığından gedir: ürək əzələləri o qədər zəifdir ki, lazımi miqdarda qanı dövr etdirə bilmir. Bu xəstəlik bir çox insanı narahat edir.

Çoxları düşünür ki, bu diaqnozla fiziki gücdən imtina etmək lazımdır. Əslində isə bu, vəziyyəti daha da pisləşdirəcək: sizin gündəlik minimumunuz pilləkənlə 6 mərtəbə təşkil etməlidir. Bundan əlavə, siqarətlə vidalaşmaq lazımdır. Hesablamalar göstərir ki, siqaret çəkən adamın ürəyi, çəkməyənə nisbətdə bir günə 15 min dəfə daha çox kiçilir. Qidalanmaya gəldikdə isə burada məsləhət çoxdur, amma heç olmasa 2 məsələni diqqətdə saxlamaq lazımdır: rasionda dəniz balığı və qoz olmalıdır.

Ürək sağlamlığı ilə bağlı daha bir problem hipertenziyadır. Onu cəsarətlə əsrin xəstəliyi adlandırmaq olar. Dünyada yüksək qan təzyiqindən əziyyət çəkən insanların sayı 1 milyarddır, təkcə ABŞ-da hipertenziyanın fəsadları dövlət büdcəsindən 76 milyard dollar sovurub. Azərbaycanda hər üçüncü şəxs tonometrsiz yaşaya bilmir. Risk qrupuna birinci növbədə yaşlı insanlar daxildir, çünki arteriya divarları illərlə öz elastikliyini itirir. İkinci amil stresdir. Hipertoniyanın hiyləgərliyi ondadır ki, çox vaxt əlamətsiz olur. Ona görə də məsləhət görülür ki, heç olmasa həftədə bir dəfə təzyiqinizi ölçəsiniz. Yuxarı göstəricinin 20 və ya aşağı göstəricinin 10 punkt artması ürək tutması riskini 2 qat artırır.  

İnfarkt. Onu vaxtında aşkar etmək lazımdır. Çoxları düşünür ki, onun əsas əlaməti ürək nahiyəsində olan ağrıdır. Əslində isə infarktın əlamətləri müxtəlif cür olur. Tez-tez kiçik zəhərlənmə: ürəkbulanma, mədədə ağırlıq kimi özünü büruzə verir. İkinci təhlükəli əlamət – çənə ətrafında, boyunda və kürəyin yuxarı hissəsində ağrı və ya narahatlıqdır. İnfarkt nadir hallarda gözlənilmədən olur. İnfarkt keçirən insanların təxminən 95%-i bu əlamətləri infarktdan bir neçə həftə, hətta bir neçə ay əvvəl hiss etdiklərini bildiriblər.

Ürək-damar xəstəliklərinin müalicəsi çətin və bahalıdır, xüsusən də pasient bu müalicəni xaricdə almaq istəyirsə. Avropada kardiologiya sahəsində lider ölkələrdən biri də Türkiyədir. Burada hər mərhələdə ən yeni texnologiyadan istifadə olunmaqla diaqnostika, müayinə və cərrahiyyə kimi kompleks xidmətlər təklif olunur. Misal üçün, 2x64 kompüter tomoqrafiyasının istifadəsi ənənəvi metodla müqayisədə ürək xəstəlikləri ilə bağlı anında və dəqiq diaqnoz qoymaq imkanı verir.

2008-ci ildən etibarən türk mütəxəssislər işləyən ürəkdə “Impella” mikroelektrik nasosunun köməyilə koronar şuntlama əməliyyatını həyata keçirirlər. Cərrahi müdaxiləyə gəldikdə isə təkcə ötən il burada 40 min əməliyyat keçirilib. İndi Türkiyənin yüksək texnologiyalarla təchiz olunmuş araşdırma mərkəzlərində sentrifuqa tipli implant edilən ilk türk kardio-nasosu olan “Türkiyənin ürəyi” sınaqdan keçirilir.

Son 10 ildə Türkiyə tibbi xidmət sahəsində görünməmiş nailiyyət əldə edərək tibbin müxtəlif istiqamətləri üzrə dünyanın bir çox ölkələri ilə eyni cərgədə yer alır. Həkimlərin çoxu Almaniya və Avropanın digər ölkələrində çoxillik iş təcrübəsinə malikdir. Buna baxmayaraq, Türkiyədə tibbi xidmətlərin xərci Qərbi Avropa, Amerika və İsrailə müqayisədə daha əlçatandır.

 

Türkiyədəki ən yaxşı klinikalar pasientlərə göstərilən tibbi xidmət üzrə “JCI və TEMOS International” beynəlxalq keyfiyyət standartı sertifikatına sahibdir.

Hər il dünyanın müxtəlif yerlərindən 1 milyona yaxın insan diaqnostika və müalicə üçün Türkiyəyə üz tutur. 

Dəqiq və vaxtında edilmiş diaqnostika, yüksək keyfiyyətli müalicə, təhlükəsiz nəqliyyat, rahat qonaqlama, ağırlaşma riskinin azalması və şəffaf ödəniş sistemi – bunlar ağır xəstəliklə mübarizə aparan, sağalmağa və gələcək həyatını sağlam yaşamağa köklənmiş hər pasient üçün vacib amillərdir.

2005-ci ildə Türkiyədə səhiyyə turizminin inkişaf etdirilməsi və əcnəbi pasientlərə kömək məqsədilə Türkiyə Səhiyyə Turizmi Assosiasiyası (THTC) yaradıldı. Bu gün THTC təkcə Türkiyədə yox, bütün dünyada səhiyyə sahəsinin ən böyük assosiasiyalarından biri hesab olunur.

Türkiyə Səhiyyə Turizmi Assosiasiyası klinika seçimində kömək etməklə yanaşı, əcnəbi pasientlərə başqa üstünlüklər də təqdim edir:

-       “Turkish Airlines” avia şirkətilə uçuş üçün pasient və onu müşayiət edən 2 şəxsə 50% endirim

-       Türkiyədə oteldə qalmaq üçün 50% endirim

-       Tibbi sənədlərin ödənişsiz tərcüməsi

-       Hava limanından klinikaya ödənişsiz transfer

-       Ödənişsiz tərcüməçinin təmin olunması

Türkiyədə müalicə üçün daha ətraflı məlumatı (+994 12) 404 31 85,  (+994 50) 290 27 40  nömrələrindən və Səhiyyə Turizmi Assosiasiyasının saytından əldə edə bilərsiniz: https://map2heal.com