“Ürəyim bərk sancır” - Nisə efirdə ağladı

ureyim-berk-sancir
Oxunma sayı: 2284

“Anamı itirəndən sonra hər gün yanıram, ağlayıram. Arada dostlarımla söhbət edirik, sənətdən, dostluqdan danışıram, daha sonra ana mövzusuna qayıdıram”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova deyib. “Ömrün fəsilləri” verilişinə qonaq olan müğənni anasından danışaraq göz yaşlarını saxlaya bilməyib:

“İndi ürəyim bərk sancır. Həmkarlarımdan biri demişdi ki, əşi, ölüb də, hamının anası, atası ölür, hər gün ağlamaq oalr? Amma elə deyil, əzizim. Qulağını yekə aç və dinlə. Sən və sənin kimilərinin duruşundan bəllidir ki, nə uşaq vaxtından ana qədri, nə dünyasını dəyişəndən, nə də ana olandan sonra bilmisən. Xahiş edirəm, heç vaxt deməyin ki, anası 85 yaşında öldü, ömrün yaşadı. Xeyr, 105-119 yaşında sağ analar var”.