“Ürəyində ciddi problemlər var…” - Xalq artisti

ureyinde-ciddi-problemler-var
Oxunma sayı: 1026

Xalq artisti Yalçın Rzazadə ATV kanalında yayımlanan “Həyat” verilişinin qonağı olub.  “Qafqazinfo” xəbər verir ki, Hacı Nuran Hüseynovun aparıcılıq etdiyi proqramda sənətçi səhhəti barədə açıqlama verib. 

Ürəyində problemləri olan 71 yaşlı müğənni həyatı çox sevdiyini bildirib:

“Ürəyində ciddi problemlər var. Xeyirxah insanlar və dövlətin dəstəyindən narazı deyiləm. Deyirlər ki, insan son dəqiqəsində həyatı kinolent kimi gözünün qarşısına gəlir. Çox düzgün ifadədir. Uşaqlıq illərimdən bu günə kimi hər şeyi xatırladım. Həyatı çox sevirəm Belə bir insan var ki, həyatından doysun”.