Urmiya gölü yenidən “dirilir”

urmiya-golu-yeniden-dirilir
Oxunma sayı: 3139

Qurumaq təhlükəsi ilə üzləşmiş Urmiya gölünün xilas edilməsi üçün tədbirlər aparılır.

“Qafqazinfo” Mehr agentliyinə istinadən xəbər verir ki, dünyanın ən böyük 2-ci duz gölünün qurumasına səbəb kimi Qərbi Azərbaycanda su qaynaqlarının əkin yerlərinə yönləndirilməsi göstərilirdi.

Son 1 ildə aparılan tədbirlər nəticəsində su anbarlarından gölə 1 milyard 571 milyon 400 min kubmetr su yönləndirilib.

Bundan başqa, bölgədə su kanallarının qeyri-qanuni istifadəsini məhdudlaşdırmaq üçün 70-ə yaxın qrup araşdırmalar aparır.

Tədbirlər davam etdiriləcəyi təqdirdə gölün bərpa edilə biləcəyi deyilir.