Uruqvay və Rusiya 1/8 finalda - Misir üçün DÇ qrupda bitdi+Fotolar

uruqvay-ve-rusiya-18-finalda
Oxunma sayı: 1556

Bu gün dünya çempionatında keçirilən Uruqvay – Səudiyyə Ərəbistan oyunu ilə A qrupunda ikinci tura yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, matç cənubi amerikalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 23-cü dəqiqədə “El pisotlero” ləqəbli Luis Suares vurub.

Qalibiyyətdən sonra Uruqvay və Rusiya adını dünya çempionatının 1/8 final mərhələsinə yazdıran ilk 2 komanda olub.

Bununla da Misir və Səudiyyə Ərəbistan üçün dünya çempionatı qrup mərhələsində başa çatıb. 

Qeyd edək ki, bundan əvvəl Mərakeş də qrupdakı ilk iki oyunda uduzaraq DÇ ilə qrupda vidalaşmışdı. 

DÇ-2018

A qrupu

Uruqvay – Səudiyyə Ərəbistan 1:0

Qol: Luis Suares, 23