“Uşağı bağçaya götürmürlər, verməyə pulum da yoxdur” - I qrup əlil

usagi-bagcaya-goturmurler-vermeye-pulum-da-yoxdur
Oxunma sayı: 1846

“Uşaq üçün xeyli bağça gəzmişik. Çoxu pul istəyir, əlil olduğumu görüb pul istəyə bilməyənlər isə deyir ki, yer yoxdur”.

Bu sözləri birinci qrup əlil Ruhlan Əsədov “Qafqazinfo”ya şikayətində deyib.

4 yaşlı oğlu Məsudu bağçaya qoya bilməyən ata çarəsiz vəziyyətdədir. Ailədə tək əmək qabiliyyəti olan şəxs anadır və o da uşağa görə hazırda işləyə bilmir:

“Suraxanı, Bakıxanov, Qaraçuxur, Xalqlar dostluğu ərazisində yerləşən xeyli bağça gəzmişik. 200-300 manat pul istəyirlər. Pul istəyə bilməyən də deyir ki, yer yoxdu. Bəs necə olur, yer olmayan bağçaya qonşum iki gün sonra uşağını qoya bilib? 

Hazırda Ruhlan Əsədov köhnə Suraxanıda 1 otaqlı mənzildə kirayədə qalır, özü əlil olduğuna görə işləyə bilmir.

Günel Hacı