“Uşağımızı itirdiyimiz üçün ərim çox üzüldü”

usagimizi-itirdiyimiz-ucun-erim-cox-uzuldu
Oxunma sayı: 2783


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki həftə öncə körpəsi bətnində ölən müğənni səhnədən həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zarraba eşq elan edib. Çətin günlər keçirən müğənni həyat yoldaşına ona dəstək olduğu üçün minnətdarlığını bildirib:

“Biz uşağımızı itirdik, Həyat yoldaşım daha çox üzüldü. Şəxsi həyatım ilə əlaqədar heç vaxt danışmamışam. Amma bu gün ürəyimdə olan bütün sözləri dilə gətirəcəm.  Bəzi çətin günlər yaşadım, lakin bunlardan əhəmiyyətli dərslər aldım. Əgər həyatınızda sizi çox sevən, sizin üçün hər şeyi edəcək, göz yaşınız üçün dünyanı yıxacaq bir adam varsa, həyat daha gözəldir. Yaxşı ki, varsan, yaxşı ki, məni sevirsən, bunun üçün təşəkkür edirəm. Bundan sonra məndən  belə etirafları tez-tez eşidəcəksiniz”.

Qeyd edək ki, Ebru Gündeş və Rza Zarrab cütlüyü fevralın 10-u 2010-cu ildə evlənib. Onların 2 yaşlı Alara adlı qızı var.