Uşağın çiləsini gözləməyin dini əsası varmı?

usagin-cilesini-gozlemeyin-dini-esasi-varmi
Oxunma sayı: 6257


“Qafqazinfo”nun islam.az-a istinadən məlumatına görə, xalq içində belə bir inam var ki, yeni doğulan uşağın 40 gün çiləsinin çıxmasını gözləyirlər. Bu müddət ərzində uşağın yanına ev adamlarından başqa heç kimi buraxmırlar. Zahı qadının da 40 gün çiləli olduğunu düşünürlər. Ümumiyyətlə, çilə - fars dilində “çehel”, yəni “40” sözündən götürülüb. 

Bu, yalnız xalq adətidir, bunun heç bir dini əsası yoxdur. Ola bilər ki, çilə ənənəsinin səbəbi yeni doğulan uşağın yoluxucu xəstəliklərə, infeksiyalara tutulmasının qarşısını almaq, həmçinin, zahi qadının doğuşdan sonrakı yorğunluğu və psixoloji stresi atmasına şərait yaratmaq üçündür.