“Uşağın cinsiyyətini öyrənməyəcəyik”

usagin-cinsiyyetini-oyrenmeyeceyik
Oxunma sayı: 2447

“Səid (Red- Dado) bu haqda danışmağa icazə vermir. Deyir ki, bu barədə çox danışma, qoy bir övladımız dünyaya gəlsin, sonra baxarıq. Bir onu deyə bilərəm ki, əvvəlcə yoxlanış üçün həkimə getdim. Dedilər ki, oğlan övladı dünyaya gətirəcəksən. Daha sonra yenə müayinəyə getdim. Bu dəfə həkim başqa şey dedi. Bildirdi ki, cinsiyyəti hələ bilinmir. Yəni ondan sonra qərara gəldik ki, cinsiyyətini öyrənməyəcəyik”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi “3 canlı” proqramına qonaq olarkən deyib. O, 4 ay sonra dünyaya gələcək övladı barədə danışıb.

Sənətçi canlı efirdə əsl adı barədə də danışıb, uşaqlıqdan xanım kimi böyüdüyünü qeyd edib: “Doğulandan xanımam. Şəxsiyyət vəsiqəmdə Natavanxanım kimi qeyd olunub. Ailəmizin mədəniyyəti belədir. Hər adın sonunda “xanım” yazılıb. Xanım statusunu daşımaq mənlikdir. Uşaqlıqdan ərköyün olmuşam, məni belə böyüdüblər. Xanımlıq şəxsiyyət deməkdir”.