Uşağın əsl anası onu doğan deyil...

Uşağın əsl anası onu doğan deyil...
Oxunma sayı: 2107

Vasif İsmayıl

İstəyən hər kəs övlad sahibi ola bilmir. Doğrudur, törəmək yaxşı şeydir. Bəziləri hətta buna mütləq şərt kimi baxır. Amma mənim dünyamda övlad sahibi olmaq müqəddəs vəzifə deyil, sadəcə müqəddəs haqdır.

Vəzifə ilə haqq arasında prinsipial fərq vardır. Amma bu gün demək istədiyim bu, deyildir.

Bəzi insanlar övlad sahibi ola bilmirlər. Bir qadın və bir kişi övlad sahibi ola bilmirsə, ortada yüzlərlə səbəb mövcud ola bilər.

Belə bir hal düşünün. Kişi sağlamdır. Qadının da yumurtaları sağlamdır. Lakin qadında uşaqlıq anadangəlmə və ya sonradan qazanılmış səbəblərdən hamiləliyi daşıya bilmir. İnanın, belələri Azərbaycanda da minlərlədir.

Çarə varmı?

Var.

Mayalanmış bir yumurtanı hansı qadına köçürürsən köçür; hamiləlik baş tuta bilər.

Mayalanmış yumurta üçün hansı qadının uşaqlığına düşəcəyinin fərqi yoxdur.

İki şərt var:

1. Qadın hamilə qalacaq yaşda və sağlamlıqda olsun. 
2. Qadın o yumurta köçürülürkən hamilə qalmağa hazır olsun.

Vəssəlam, şüttamam. Bunu nəyə oxşada bilərik?!

Götürək ki, 1924-cü ildə Gəncədə bir ailə olsun. Körpə doğulub. Anasının südü gəlmir. Ya da anası doğuş zamanı həlak oldu.

Körpə aclıqdan öləcək mi? Axı o vaxt indiki kimi uşaq qidası yox idi. Əlbəttə ailə o körpəyə süd anası tapacaq. Öz anasının südü və ya özü yoxdursa, ailə başqa süd verən qadından bu körpəyə də süd verməyini istəyəcək. Üzr istəyirəm, prinsip olaraq qadın uşaqlığı ilə məməsi arasında nə fərq var?

Mənəvi, qanuni cəhətdən heç bir fərq yoxdur. Azərbaycanda bəziləri qadın uşaqlığının kirayə verilməsinə, yəni surroqat analığa qarşıdırlar. "Milli-mənəvi dəyərlərimizə zidd" imiş, "dinimiz bunu qəbul etməz"miş. Yaxşı, demə aldatdım?!

Qadının süd vəzini kirayə götürmək olar, islam buna icazə verir, uşaqlığına icazə vermir?
Bu insanlar populistdirlər.  Bu insanlar övlad sahibi ola bilməyən kimsələri deyil, ancaq öz reytinqlərini düşünürlər. Çünki bizim cəmiyyətdə surroqat analığa qarşı çıxan insan çoxdur.

Ay camaat, süd analığı məfhumu varsa, başqa qadnın uşaqlığından da istifadə etmək olar. Uşağın əsl anası ona süd verən deyil, onu mayalandıran yumurtanın sahibidir. Uşağın əsl anası onu doğan deyil, onu mayalandıran yumurtanın sahibidir. Surroqat analıq humanist bir addımdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi