USAİD-Azərbaycanda siyasi korrupsiya- - 2,4 milyonluq

usaid-azerbaycanda-siyasi-korrupsiya-
Oxunma sayı: 3114


USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün qrant elan edib. “Qafqazinfo”nun məlumatına görə, qrantın məbləği fantastik həcmdə - 2,4 milyon ABŞ dollarıdır.

Çox maraqlıdır ki, elanın vaxtı çox qısa müddətə - 30 iyun-7 iyul 2014-cü il tarixinə müəyyən edilib. Belə ki, hətta ən təcrübəli QHT-lər də bir həftəyə 2,4 milyonluq nəhəng layihə üçün layihə yaza bilməz.

Bu elanı maraqlı edən başqa bir məqam isə bu barədə heç bir media qurumuna məlumat verilməməsidir.

Başqa sözlə, ABŞ Azərbaycan mediasından xəbərsiz “Azərbaycan mediasının inkişafı üçün” qrant elan edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, USAİD-in Azərbaycandakı ofisi bu elan barədə yalnız tenderdə qalib ola biləcək Qərb yönümlü bir neçə təşkilata təxminən bir ay əvvəldən məlumat verib. Şəffaflığın nümayiş etdirilməsi baxımından isə saytlardan birinin görünməyən yerində ictimailəşdirilməyən bir elan qoyub.

Beləliklə də elanda şəffaflıq prinspini pozulub, elan gizlin və xəlvəti şəkildə verilib.

Qrant elanında qeyd edilir ki, bütün təşkilatlar bu elana ərizə ilə müraciət edə bilərlər. Amma bütün təşkilatlar deyərkən heç bir QHT və media qrumuna bu elan barədə öncədən məlumat verilməyib.

Elanın vaxtı bitdikdən sonra yerli mediaya sızan məlumata görə onun məqsədi vətəndaşın informasiyaya çıxışına dəstək, İKT-nin genişləndirilməsi, inkişaf üçün imkanları kapitallaşdırmaqdır. Bunun isə əsas məqsədi sosial dəyişiklik, yüksək keyfiyyətli informasiya əldə etmək, yaymaq sahəsində mediaya dəstək vermək, media azadlığını təşviq etmək, media azadlığının ifadəsi üçün imkanlar yaratmaq, hüquqi müdafiəni gücləndirməklə peşəkar standartları gücləndirməkdir. Layihənin müddəti 3 illikdir. Bu qədər pulun hansı media qurumuna verildiyi də çox maraqlıdır.