“Uşaq doğmadım, pulumu özümə xərcləyirəm”

usaq-dogmadim-pulumu-ozume-xercleyirem
Oxunma sayı: 2819

16 yaşından tanınmağa başlayan kök model Kelli Bruk şəxsi həyatından danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşını qeyd etməyə hazırlaşan ulduz uşaq dünyaya gətirmədiyi üçün peşman olmadığını bildirib. Bir neçə dəfə hamiləliyi yarımçıq qalan Kelli bunun həyatın sonu olmadığını bildirib:

“Ailəm mənə ana olmağımla bağlı təzyiq göstərmədi. Əsla sahib olmadıqlarım barədə uzun-uzun fikirləşmədim. Uşaq doğmadım, amma pulumu özümə xərcləyirəm, xoş və eqoist həyat yaşayıram”.

Qeyd edək ki, Kelli Bruk Ceremi Parisi ilə sevgilidir.