Uşaq paralimpiyaçılarımız beynəlxalq yarışda

usaq-paralimpiyacilarimiz-beynelxalq-yarisda
Oxunma sayı: 698

Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Uşaq Paralimpiya Komitəsində müxtəlif idman yarışları üzrə beynəlxalq turnirlərdə iştirak edən və kifayət qədər qələbə qazanan paralimpiyaçılarımız daha bir yarışa hazırlaşırlar.

"Qafqazinfo" xəbər verir ki, bu dəfə boccia idman növü üzrə iki idmançımız ilk dəfə olaraq beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək.  4-9 sentyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək  turnirdə İngiltərə və Polşa kimi favorit sayılan ölkələr də iştirak edəcək.

Azercell Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmağa çalışır. Şirkətin dəstəyi ilə 2014-cü ildən fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi ölkəmizin müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb, onlara idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı verib.

Azercell Azərbaycanda fəaliyyət göstərdiyi 21 il ərzində kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi üçün çalışıb və bundan sonra da öz diqqət və qayğısını əsirgəməyəcək.