Uşaq qaçırana edam cəzası veriləcək

usaq-qacirana-edam-cezasi-verilecek
Oxunma sayı: 672

Baş nazir Abdulmalik Şellalenin başçılığı ilə keçirilən toplantıda Nazirlər Kabinetində uşaq qaçırma hərəkətləri ilə əlaqədar məsələ müzakirə edilib. Bu istiqamətdə hərəkət edənlərin edam olunmasında yaranan maneələrin aradan qərara alınmışdır.
Əlcəzairdə 1993-cü ildə beynəlxalq insan hüquqları dərnəklərinin təzyiqi ilə “edam qərarı” təxirə salınmışdır. O gündən ölkədə edam cəzaları ömürlük həbslə əvəz olunub.

Konstantində keçən həftə biri 9, digəri 10 yaşında iki uşaq qaçırılmışdır. Tutulan şübhəlilər iki uşağı öldürdüklərini etiraf ediblər.

Son hadisə Əlcəzairdə sıx etirazlara səbəb olmuş, xalq uşaq qatillərinin edamla mühakimə olunmasını tələb etmişlər.
Təhlükəsizlik Nazirliyinin məlumatlarına görə, 2012-ci ildə ölkə daxilində orqan ticarəti, cinsi istismar ya da pul qarşılığında 276 uşaq qaçırılıb./AzerTac/