Uşaq, yaşlı və xəstə insanlar - Ehtiyatlı olun!

usaq-yasli-ve-xeste-insanlar-ehtiyatli-olun-
Oxunma sayı: 764

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 35-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif sahil küləklərinin üstünlüyü fonunda kəskin isti temperatur şəraiti əksər əhali üçün, xüsusən də uşaq, yaşlı və xəstə insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı açıq havada olmaq məsləhət görülmür.

Nigar Məmmədli